İsmayıllıda ağacəkmə kampaniyası çərçivəsində əlavə 3100 fındıq tingi əkilib
İsmayıllı, 21 dekabr, AZƏRTAC
YAP İsmayıllı rayon təşkilatı İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisəsi (MMBM) ilə birgə Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi münasibətilə keçirilən “700 min ağac əkək” aksiyası çərçivəsində 3100 fındıq tingi əkib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Qalınçaq kəndi ərazisində əkilən tinglərə lazımi aqrotexniki qulluq göstərilib.
Həm fındıq məhsulu üçün, həm də ekoloji mühitin sağlamlaşdırılmasına yönələn bu xeyirxah aksiyada YAP rayon təşkilatının üzvləri, Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin kollektivi, eləcə də gənclər, Qalınçaq kəndinin sakinləri yaxından iştirak ediblər.