REGİONLAR
İsmayıllıda akademik Maqsud Cavadovun xatirəsinə həsr olunan riyaziyyat olimpiadası keçirilib
İsmayıllı, 9 oktyabr, AZƏRTAC
İsmayıllı rayonunun Basqal qəsəbəsində dünyaya göz açan məşhur riyaziyyatçı, Bakı Dövlət Universitetinin professoru, riyaziyyat elmləri doktoru, AMEA-nın müxbir üzvü Maqsud Cavadovun əziz xatirəsi daim həmyerliləri tərəfindən ehtiramla yad edilir.
AZƏRTAC xəbər verir ki, oktyabrın 9-da İsmayıllıda keçirilən rayonun ümumtəhsil məktəbləri şagirdlərinin riyaziyyat üzrə olimpiadası tanınmış alimin xatirəsinə həsr olunub.
Əvvəlcə rayonun təhsil şöbəsi müdirinin müavini Rahim Baxışov akademikin həyatı və elmi fəaliyyəti barədə iştirakçılara ətraflı məlumat verib.
Olimpiadanın keçirildiyi şəhər 3 saylı tam orta məktəbin direktoru, əslən basqallı olan Əhmədağa Ələkbərov çıxış edərək professor Maqsud Cavadovun ziyalılığından, həndəsə elminin tədqiqi və tədrisinə gətirdiyi yeniliklərdən danışıb.
Riyaziyyat olimpiadasında 40 tam orta məktəbdən 110 şagird iştirak edib. Qaliblərə xüsusi xatirə diplomları və hədiyyələr verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]