REGİONLAR


İsmayıllıda bələdiyyə futbol komandaları arasında keçirilən çempionat başa çatıb

A+ A

İsmayıllı, 10 sentyabr, AZƏRTAC

İsmayıllıda rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə bələdiyyə futbol komandaları arasında iyunun 16-dan başlanan çempionat başa çatıb.

AZƏRTAC xəbər verir ki, çempionatda 17 komanda iştirak edib. Yüzlərlə tamaşaçının izlədiyi final yarışı Olimpiya İdman Kompleksində keçirilib. Qarşılaşmada Quşencə komandası Hacıhətəmli futbolçularına 6:1 hesabı ilə qalib gələrək rayon çempionu adını qazanıb.

Birinci, ikinci və üçüncü yerləri tutan Quşencə, Hacıhətəmli və “Orman” komandalarına kubok, medal və pul mükafatları verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.