İDMAN


İsmayıllıda cüdo üzrə açıq rayon birinciliyi keçirilib

A+ A

Bakı, 14 sentyabr, AZƏRTAC

İsmayıllı Olimpiya İdman Kompleksində Azərbaycan yığmasının XXXI Yay Olimpiya Oyunlarında qazandığı uğurlara həsr edilmiş yeniyetmə və gənclər arasında cüdo açıq rayon birinciliyi keçirilib.

Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, yarışın keçirilməsində əsas məqsəd cüdo idman növünün təbliğ və inkişaf etdirmək, yeniyetmə və gənclər arasında ən güclü idmançıları müəyyən etməkdən ibarətdir.

Yarışın hakimi Şəfaqət Bayramov tədbiri açıq elan edib. Sonra İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev, Cüdo Federasiyasının Regionlar üzrə Nəzarət Komitəsindən Tərlan Poladov, federasiyanın yarışlar üzrə Təşkilat Komitəsinin sədr müavini Şamil Sövzəliyev çıxış edərək idmançılara uğurlar arzulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.