REGİONLAR


İsmayıllıda giləmeyvə istehsalı üçün istixanalar qurulur

İsmayıllı, 2 fevral, AZƏRTAC 

İsmayıllı rayonunun Diyallı kəndində sahibkar Aqşin Ağayev ona məxsus olan 4,4 hektar ərazidə giləmeyvə istehsalı üçün istixanalar qurur.

AZƏRTAC xəbər verir ki, ümumi dəyəri 120 min manat olan istixanalarda böyürtkən, moruq və göy qarağat giləmeyvələri yetişdiriləcək. Nəzərdə tutulan bitkilərin əkin materiallarının Ukraynadan gətirilməsi planlaşdırılır.

Təsərrüfatın ərazisində giləmeyvə istehsalı üçün zəruri olan xeyli iş görülüb. Belə ki, bir hektar ərazidə 160 kvadratmetr ölçüsü olan 40 ədəd istixana tikilib. Hazırda əkin materiallarının yerləşdirilməsi üçün lazımi işlər aparılır.

İstixanalar istifadəyə verildikdən sonra burada 40-dan çox kənd sakini işləyəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.