REGİONLAR
İsmayıllıda hər hektardan orta hesabla 36,1 sentner taxıl götürülür
İsmayıllı, 4 iyul, AZƏRTAC
İsmayıllı rayonunda taxıl biçini kampaniyası sürətlə davam etdirilir və artıq 3393 hektar sahənin məhsulu yığılıb.
Rayon Kənd Təsərrüfatı İdarəsindən AZƏRTAC-a bildirilib ki, cari mövsümdə 28191 hektarda taxıl yetişdirilib. Hər gün zəmilərə 50-dən çox kombayn çıxarılır. Taxılçılar bu mühüm strateji məhsulun tez və itkisiz yığılması üçün bütün qüvvələri səfərbər ediblər. Hələlik arpa zəmilərinin 1808 hektarı, buğda zəmilərinin isə 1585 hektarı biçilib. Hər hektardan orta məhsuldarlıq 36,1 sentnerdir. Mütəxəssislər bu il taxıl sahələrindən 100 min tondan çox məhsul götürüləcəyini bildirirlər.