CƏMİYYƏT


İsmayıllıda istirahət mərkəzində hovuzda çimən iki nəfər elektrik cərəyanı vurması nəticəsində ölüb

Bakı, 8 iyul, AZƏRTAC

İsmayıllı rayonunun İstisu kəndinin ərazisində yerləşən istirahət mərkəzlərindən birində Bakı şəhər sakinləri Emil Adıgözəlov və Gülhüseyn Quliyev hovuzda çimərkən elektrik cərəyanı vurması nəticəsində ölüblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həmin vaxt onlara kömək məqsədilə hovuza düşən paytaxt sakinləri Zaur Əliyevi və Eltəkin Umarovu da elektrik cərəyanı vurduğundan onlar xəstəxanaya yerləşdiriliblər.

Hadisə ilə bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.