REGİONLAR


İsmayıllıda ixtisaslaşmış turizm sənayesinin inkişafı ilə əlaqədar “dəyirmi masa” keçirilib

İsmayıllı, 11 avqust, AZƏRTAC 

Vətəndaş Təşəbbüsləri Mərkəzi İctimai Birliyi İsmayıllıda rayon icra hakimiyyətinin dəstəyi ilə “Azərbaycanda ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin təşviqi ilə bağlı “dəyirmi masa” keçirib.

AZƏRTAC xəbər verir ki, rayon Tarix-Diyarşünaslıq Muzeyində təşkil olunan tədbiri icra hakimiyyətinin məsul işçisi Gülnarə Mirzəliyeva açıb.

Bildirib ki, Azərbaycan mövcud imkan və potensialdan səmərəli istifadə edilməklə bu gün regionda cəlbedici turizm məkanlarından birinə çevrilməkdədir. Mövcud turizm ehtiyatlarından tam, həm də səmərəli istifadə hazırda ümdə məsələlərdəndir.

“Dəyirmi masa”da çıxış edən İctimai Birliyin rəhbəri Çingiz Gülalıyev layihənin məqsədi barədə ətraflı məlumat verib. Qeyd edib ki, “Azərbaycanda ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” turizm sektorunun inkişafının dəstəklənməsi, beynəlxalq və yerli bazarlarda yüksək keyfiyyətli və rəqabətə davamlı turizm xidmətlərinin təmin edilməsi, milli dəyərlərə uyğun turizm təcrübəsinin formalaşdırılması, müasir ideya və innovasiyalara əsaslanan yeni investisiya layihələrinin cəlb olunması və turizmin inkişafı ilə əlaqədar aidiyyəti orqanların qarşılıqlı koordinasiyası kimi tədbirləri özündə ehtiva edir.

Tədbirdə rayonda bu istiqamətlərdə görülən işlər təhlil olunub, təkliflər səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.