REGİONLAR


İsmayıllıda keçirilən “Qurtuluş kuboku”nun qalibi polislər olub

Bakı, 15 iyun, AZƏRTAC

İsmayıllı rayonu Gənclər və İdman İdarəsi və Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə “Qurtuluş kuboku” uğrunda mini-futbol turniri keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yarışda müxtəlif idarə, müəssisə və təşkilatları təmsil edən 16 komanda iştirak edib. Turnirə İsmayıllı Rayon Polis Şöbəsinin mini-futbol komandası da qatılıb.

Keçirilən qarşılaşmaları öz qapısından bir qol belə buraxmadan qələbə ilə başa vuran İsmayıllı RPŞ-nin komandası finala yüksəlib. Rayonun Olimpiya İdman Kompleksində keçirilən final görüşündə polislərin rəqibi “Tikinti ASC”-nin komandası olub. RPŞ-nin komandası 5:2 hesabı ilə qələbə qazanıb, “Qurtuluş kuboku” uğrunda mini-futbol turnirinin qalibi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.