REGİONLAR


İsmayıllıda keçirilən əmək yarmarkasında 91 nəfər boş iş yerinə göndəriş alıb

A+ A

İsmayıllı, 24 noyabr, AZƏRTAC 

Noyabrın 24-də İsmayıllıda əmək yarmarkası keçirilib.

AZƏRTAC xəbər verir ki, Gənclər Mərkəzində təşkil edilən əmək yarmarkasında işaxtaranlara 69 idarə, müəssisə, təşkilat və fiziki şəxs tərəfindən 203 boş iş yeri təklif olunub. Təklif edilən iş yerlərinin 8-i qulluqçu, 103-ü fəhlə, 19-u isə xidmət sahələri üzrədir. Boş iş yerlərində orta əməkhaqqı 126 manatdan 493 manatadəkdir.

Əmək yarmarkasında ən çox boş iş yeri təklif edən rayon mərkəzi xəstəxanası, təhsil şöbəsi, “Xoşbəxt-X” tikiş fabriki və digər müəssisələr olub.

Tədbirin keçirildiyi müddətdə 91 nəfərə boş iş yerinə göndəriş verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.