REGİONLAR
İsmayıllıda keçirilən regional yarışlarda 11 komanda iştirak edib
İsmayıllı, 18 aprel, AZƏRTAC
IV İslam Həmrəyliyi Oyunlarının təbliği ilə əlaqədar İsmayıllıda basketbol və atletika üzrə regional yarışlar keçirilib.
AZƏRTAC xəbər verir ki, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə Olimpiya İdman Kompleksində təşkil olunan kütləvi idman tədbirində basketbol və atletika üzrə 11 komanda iştirak edib. 2002-2003-cü il təvəllüdlü oğlanlardan ibarət komandalar arasında basketbol, 2003-2004–cü il təvəllüdlü oğlanlar və qızlar arasında atletika yarışları gərgin idman mübarizəsi şəraitində keçib.
Yarışlarda komandalar üzrə İsmayıllı birinci, Oğuz ikinci, Ağsu üçüncü yeri tutub.
Qaliblərə “Təhsil” Respublika İdman Mərkəzinin diplomları, fərqlənən idmançılara isə medallar verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [17:38]
Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib
- 19.04.2024 [15:06]
Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [12:08]
“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək
- 19.04.2024 [11:42]
Şirvan elektrik şəbəkəsi yenidən qurulur
- 19.04.2024 [10:27]