REGİONLAR


İsmayıllıda kütləvi fındıq əkini kampaniyasına başlanılıb

A+ A

İsmayıllı, 21 noyabr, AZƏRTAC

Prezident İlham Əliyevin İsmayıllıda fındıqçılığın inkişafı ilə bağlı verdiyi tövsiyə və tapşırıqlara müvafiq olaraq, bölgədə kütləvi fındıq əkini kampaniyasına başlanılıb.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, qısa müddətdə 100 hektaradək sahədə fındıq tingi əkilib. Topçu, Çəmənli, Kürdmaşı, Sumağallı, Tircan, Talıstan və digər kəndlərin ərazilərində əkin daha mütəşəkkil həyata keçirilir. Bu işlərə yüzlərlə işçi qüvvəsi cəlb olunub.

Fındıq tingləri əsasən Qax, Oğuz, Qəbələ rayonlarından gətirilir. Bununla yanaşı, daxili imkanlar hesabına da müəyyən qədər ting əldə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.