REGİONLAR


İsmayıllıda mini futbol üzrə rayon birinciliyi keçirilib

A+ A

İsmayıllı, 4 noyabr, AZƏRTAC 

İsmayıllı Olimpiya-İdman Kompleksində 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunan mini futbol üzrə rayon birinciliyi keçirilib.

AZƏRTAC xəbər verir ki, rayon birinciliyində 10 futbol komandası iştirak edib. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda “Tikinti-27” komandası I yerin sahibi olub. Sonrakı yerləri isə müvafiq olaraq “Babadağ-2” və “Kompleks” komandaları tutublar.

Qalib gələn hər üç komanda rayon gənclər və idman idarəsinin diplomları ilə mükafatlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.