Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

İsmayıllıda qardaşlaşmış məktəblərin “İslam Həmrəyliyi İli”nə həsr olunmuş Novruz şənliyi keçirilib VİDEO

İsmayıllı, 17 mart, A.Ağayev, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Təhsil Nazirliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə martın 17-i İsmayıllı şəhərində "Qardaşlaşmış məktəblər"in "İslam Həmrəyliyi İli"nə həsr olunmuş Novruz şənliyi keçirilib.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, Nardaran qəsəbə 130 nömrəli, Ağsu şəhər A.Nadirov adına 1 nömrəli, Qəbələ rayonu Nic qəsəbə 5 nömrəli, İsmayıllı rayon Heydər Əliyev adına İvanovka, Lahıc qəsəbə, İsmayıllı şəhər 1 nömrəli, Oğuz şəhər E.Abdullayev adına 2 nömrəli tam orta məktəblilərin təmsil olunduqları nümayəndə heyəti İsmayıllı Bilik evində qarşılanıblar. İsmayıllı Bilik evi və İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbi ilə tanışlıqdan sonra şagirdlər arasında "Qardaşlaşma sazişi" imzalanıb.

"Qardaşlaşmış məktəblər"in "İslam Həmrəyliyi İli"nə həsr olunmuş Novruz şənliyinin açılış mərasimində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edərək İsmayıllının xalqımızın ən gözəl bayramlarından biri olan Novruz bayramında məktəblərin qardaşlaşması kimi mübarək hadisəyə ev sahibliyi etməsindən qürur duyduğunu bildirib. M.Sadıqov rəhbərlik etdiyi rayonun artıq ikinci dəfə Bilik Fondunun “Qardaşlaşmış məktəblər” layihəsinə cəlb olunduğunu diqqətə çatdıraraq, Fonda bu münasibətinə görə minnətdarlığını bildirib.

İcra hakimiyyətinin başçısı təkliflər səsləndirərək, Bilik Fondunun Bilik evləri arasında əməkdaşlıq sazişi imzalanmasının, bu günə qədər Fondun layihələrində iştirak edən yeniyetmə və gənclərin asudə vaxtdan səmərəli istifadə edilməsinin təminatı məqsədilə istirahət mərkəzinin yaradılmasının məqsədəuyğun olduğunu deyib.

M.Sadıqov qardaşlaşmış məktəbləri Prezidentin Sərəncamı ilə Cocuq Mərcanlıda aparılan tikinti-bərpa işlərindən sonra fəaliyyətə başlayacaq məktəbin kitabxanasına Bilik Fondunun təşəbbüsü ilə bağışlanacaq kitabların toplanması aksiyasına qoşulmağa dəvət edib.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov xoş sözlərə və təkliflərə görə minnətdarlığını bildirərək, bu günün “Qardaşlaşma sazişi” imzalamış məktəblilərin yaddaşından heç vaxt çıxmayacağını deyib. Bilik Fondunun layihəsi çərçivəsində 50 məktəbin qardaşlaşdığını diqqətə çatdıran icraçı direktor layihənin beynəlxalq arenaya çıxdığını və bu istiqamətdə daha geniş planlar olduğunu söyləyib. O.Səmədov qardaşlaşan bütün məktəbliləri bir-biri ilə daim əlaqə saxlamağa, dostluğun, qardaşlığın bariz nümunəsinə çevrilməyə çağırıb.

Tədbirdə İsmayıllının tarixi, infrastrukturu, nailiyyətlərini və görməli yerlərini, eləcə də Bilik Fondunun fəaliyyətini əks etdirən filmlər nümayiş olunub. Qardaşlaşma sazişi imzalandıqdan sonra məktəblilərə Bilik Fondunun hədiyyələri təqdim edilib.

Sonra Bilik Fondunun icraçı direktoru İsmayıllı regional Bilik Evində Fondun rayon nümayəndələri və Bilik evlərinin nümayəndələri ilə görüşüb. Tədbirdə maarifləndirmə işinin daha səmərəli qurulması istiqamətində fikir mübadiləsi aparılıb.

İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsində "Azərbaycan dinlərin və millətlərin həmrəylik məkanıdır" mövzusunda "dəyirmi masa" və Bakı Dövlət Universitetinin dosenti Sevinc Əliyevanın mühazirəsi keçirilib. “Dəyirmi masa”da çıxış edən Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev “İslam Həmrəyliyi İli” çərçivəsində həyata keçiriləcək maarifləndirici tədbirlər barədə geniş məlumat verib. Bildirib ki, “İslam Həmrəyliyi İli”nin elan olunması “Multikulturalizm İli”nin məntiqi davamı olaraq, dinlər və fərqli mədəniyyətlər arasında əlaqələrin genişlənməsinə, dostluq münasibətlərinin inkişafına xidmət edir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinın şöbə müdiri Rəşad İlyasov Azərbaycan xalqını, xüsusən də İsmayıllı sakinlərini Novruz bayramı münasibəti ilə təbrik edib. “İslam Həmrəyliyi İli” çərçivəsində belə tədbirlərin keçirilməsini yüksək dəyərləndirən R.İlyasov ölkəmizdə yaşayan bütün xalqların nümayəndələri, bütün dinlərin daşıyıcıları arasında dostluq və səmimiyyətin hökm sürdüyünü bildirib.

Qardaşlaşan məktəblər nahardan sonra rayonun görməli yerlərini, tarixi abidələrini ziyarət ediblər.

Sonda tədbir iştirakçıları İsmayıllı şəhər Uşaq istirahət və əyləncə parkında Novruz tonqalı ətrafında şənliyə qatılıb, İsmayıllı məktəblilərinin "İslam Həmrəyliyi İli" və Novruz bayramına həsr edilmiş musiqili-ədəbi proqramına tamaşa ediblər.

İsmayıllıda qardaşlaşmış məktəblərin “İslam Həmrəyliyi İli”nə həsr olunmuş Novruz şənliyi keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNİB

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

Laçında ilk dəfə “Laçında peşə öyrən!” adlı yarmarka keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq VİDEO

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib VİDEO

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb