REGİONLAR


İsmayıllıda tütün əkini sahələri iki dəfə artırılacaq

İsmayıllı, 12 yanvar, AZƏRTAC

Tütünçülük İsmayıllı rayonunda ənənəvi sahələrdəndir. Bölgədə ötən əsrin 80-ci illərinin axırlarınadək ildə orta hesabla 50-60 hektarda tütün əkilib. Hazırda ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, aqrar sektorda aparılan islahatlar, ənənəvi sahələrin yenidən bərpası İsmayıllıda da uzun illərdən bəri unudulan tütünçülüyün inkişafına təkan verib.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, artıq ötən ildən torpaq mülkiyyətçiləri tütünçülüklə yenidən məşğul olmağa başlayıblar. Bu sahəyə ən çox Topçu, Qalınçaq, Buynuz, Qurbanəfəndi sakinləri maraq göstərirlər. Torpaq mülkiyyətçiləri ilkin olaraq 5 hektar sahədə tütün yetişdirib və sahələrdən 3,4 ton məhsul götürüblər.

Qarşıdakı mövsümdə tütün əkini sahələrinin iki dəfə artırılması nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.