REGİONLAR


İsmayıllıda üzüm yığımına başlanılıb

A+ A

İsmayıllı, 20 sentyabr, AZƏRTAC 

Üzümçülük İsmayıllı rayonunda aqrar iqtisadiyyatın prioritet sahələrindəndir və hazırda bir neçə gündür ki, bölgədə məhsul yığımı kampaniyasına start verilib.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, üzümçülüyün inkişafına göstərilən dövlət qayğısının, bununla bağlı qəbul edilən Dövlət Proqramının nəticəsi olaraq rayonda plantasiyaların sahəsi 1000 hektarı keçib. Bunun da 800 hektardan çoxu bar verəndir. Hazırda məhsul yığımında hər gün orta hesabla 180-200 nəfər işçi qüvvəsi iştirak edir. Az vaxtda 100 tondan artıq üzüm yığılıb. Yığılan məhsul əsasən süfrə sortudur. Odur ki, üzüm birbaşa istehlakçılara göndərilir. Rayonun Kürdmaşı, Hacıhətəmli, Mollaisaqlı icra nümayəndəliklərində, İvanovka kolxozunda məhsul yığımına daha ciddi hazırlıqla başlanılıb və bu mühüm kampaniyanın vaxtında, itkisiz başa çatdırılması üçün bütün qüvvələr səfərbər edilib.

İsmayıllıda cari mövsümdə bağlardan 2500 tondan çox üzüm yığılacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.