REGİONLAR


İsmayıllıda xalça fabriki inşa olunur

A+ A

İsmayıllı, 3 avqust, AZƏRTAC

“Azərxalça” ASC İsmayıllı şəhərində yeni xalça fabrikinin inşasına başlayıb.

AZƏRTAC xəbər verir ki, xalça fabriki şəhərin Əfzələddin Xaqani küçəsində tikilir. Burada xalça sənaye üsulu ilə istehsal olunacaq. Bu məqsədlə 0,48 hektar torpaq sahəsi ayrılıb. Bunun 1204 kvadratmetrində tikinti işləri aparılacaq. Layihədə 440 kvadratmetrdən ibarət toxuculuq zalı, sərgi və konfrans salonları, yeməkxana və digər məişət otaqları nəzərdə tutulub. 170 nəfər xalçaçının işləyəcəyi fabrikdə Azərbaycanın ən qədim, zərif, incə naxışlı toxuculuq məhsulları hazırlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.