REGİONLAR
İsmayıllıda yeni fındıq bağları salınır
İsmayıllı, 8 dekabr, AZƏRTAC
Azərbaycanda aqrar sektorda aparılan islahatlar çərçivəsində ixracyönümlü məhsulların, o cümlədən fındıqçılığın inkişafı istiqamətində ciddi tədbirlər görülür. Prezident İlham Əliyevin bu il avqustun 10-da İsmayıllıya səfəri zamanı verdiyi tövsiyə və tapşırıqlara əsasən hazırda rayonda yeni fındıq bağları salınır.
Rayon kənd təsərrüfatı idarəsindən AZƏRTAC-a bildiriblər ki, İsmayıllıda bu il 1000, gələn ilin yazında isə daha 1000 hektarda fındıq bağlarının salınması nəzərdə tutulub. Payız əkini üçün ərazilər müəyyənləşdirilib, sahələr hazırlanıb. Hələlik 232 hektarda yeni bağlar salınıb, 167 min 295 ədəd fındıq tingi əkilib.
Qeyd edək ki, yeni bağlar əsasən Topçu, Qalınçaq, Diyallı, Kürdmaşı və Sumağallı bələdiyyələrinin ərazilərində salınıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]