REGİONLAR


İsmayıllının Diyallı kəndində sənaye üsulu ilə moruq yetişdirilir

İsmayıllı, 2 avqust, AZƏRTAC 

İsmayıllı rayonunun Diyallı kəndində iş adamı Aqşin Ağayev tərəfindən 4,4 hektar ərazidə istixana təsərrüfatı yaradılır. Artıq ərazinin 1 hektarında 50 istixana qurulub və burada sənaye üsulu ilə moruğun 6 növü yetişdirilir.

AZƏRTAC xəbər verir ki, istixanalarda istilik enerjisindən istifadə olunmur, sadəcə üzəri polietilen örtüklə örtülüb. Əkin materialı İngiltərədən, əkində istifadə olunan kokobit isə Hindistandan gətirilib.

Hazırda bütün istixanalarda iş tamamlanıb. Belə ki, əkin aparılıb, suvarma sistemləri quraşdırılıb. İlk məhsulun oktyabr-noyabr aylarında əldə olunması gözlənilir. İstehsal edilən moruğun daxili bazarlarda satılması planlaşdırılır.

İstixanalarda payızda böyürtkənin xüsusi növünün də əkilməsinə hazırlıq işləri aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.