CƏMİYYƏT


İspan pilotlarının ailə üzvləri Azərbaycana gələcək

A+ A

Madrid, 25 noyabr, AZƏRTAC 

İkinci Dünya müharibəsi zamanı Bakının müdafiəsi uğrunda döyüşlərdə iştirak etmiş ispan pilotlarının ailə üzvləri noyabrın 25-30-da İspaniyanın Aviatorlar Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycanda səfərdə olacaqlar.

Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmovla görüşən assosiasiyanın prezidenti Akilino Mata bildirib ki, 1936-1939-cu illərdə İspaniyada vətəndaş müharibəsi zamanı SSRİ rəhbərliyinin müvafiq qərarına əsasən, bu ölkədəki respublikaçılara dəstək məqsədilə Azərbaycanın Gəncə şəhərində təlim mərkəzi yaradılmışdı. 30 saylı məktəbin bazasında yaradılmış bu mərkəzdə ispan pilotlarından ibarət iki qrup təhsil alıb. İlk təlim qrupunun Azərbaycana səfərinin 80 illiyi və İkinci Dünya müharibəsində Bakının müdafiəsində iştirak etmiş ispan pilotlarının həlak olmasının 75-ci ildönümü münasibətilə həmin pilotların ailə üzvlərindən ibarət bir qrupun noyabrın 25-30-da Azərbaycana səfəri nəzərdə tutulur.

Səfər çərçivəsində, həmçinin Gəncədə yerləşən bu mərkəzə Bakının müdafiəsi zamanı həlak olmuş ispan pilotlarının şərəfinə xatirə lövhəsinin təqdim edilməsi, 1942-ci ildə Bakıda təyyarə qəzasında həlak olmuş pilot Manuel Sarausa Klaveronun məzarının ziyarət edilməsi də planlaşdırılır.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.