DÜNYA
İspaniya Avropa İttifaqının yaradılmasının ildönümü şərəfinə gümüş pul buraxıb
Bakı, 9 iyun, AZƏRTAC
İspaniyada Avropa İttifaqının yaradılmasının ildönümü şərəfinə gümüş pul buraxılıb.
AZƏRTAC "banks.eu" saytına istinadla xəbər verir ki, İspaniya Zərbxanası Maastrixt müqaviləsinin imzalanmasının ildönümü ilə əlaqədar nominal dəyəri 30 avro olan gümüş pul dövriyyəyə buraxıb. Müqavilə 1992-ci ildə Hollandiyanın Maastrixt şəhərində imzalanıb.
Pulun reversində mürəkkəb qələm və bayraq, Avropa İttifaqının rəmzi olan 12 ulduz (müqavilə bağlayan ilk 12 üzv-dövlət), eyni zamanda, İspaniya Zərbxanasının loqosu təsvir edilib. Avers hissəsində isə İspaniya kralı VI Filipp və xanımı Kraliça Letiziyanın təsvirləri yer alıb.
Pul 1 milyon ədəd tirajla buraxılıb. Diametri 33 millimetr olan pulun çəkisi 18 qramdır və 925 əyarlı gümüşdən zərb olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [21:08]
ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]