DÜNYA


İspaniya apteklərində qrip əleyhinə sprey-peyvəndlər satılacaq

A+ A

Madrid, 18 oktyabr, AZƏRTAC 

Tezliklə İspaniya apteklərində qrip əleyhinə peyvəndlər satılacaq. Adət edilən inyeksiya şəkilli peyvəndlərin yerinə satılacaq preparatlar buruna sıxılan sprey şəklində olacaq. Bu peyvəndlər 2-18 yaş arası uşaq və yeniyetmələri qripin A və B növlərindən qoruyacaq və keyfiyyət baxımından inyeksiya formalılardan geri qalmır.

Bu preparatdan Kanada, İsrail, Böyük Britaniya, Almaniya, İsveç və Norveçdə artıq geniş istifadə olunur. Tətbiq edildiyi uşaqlarda qripə yoluxma hallarının sayı isə kəskin azalıb. İspaniyanın Səhiyyə Nazirliyinin rəsmi açıqlamalarında da bildirilir ki, qrip əleyhinə peyvəndə ehtiyacı olanların sayı son 10 ildə 67,5 faizdən 56,1 faizə düşüb.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.