DÜNYA


İspaniya ərazisinə ciddi qaçqın axını olub

A+ A

Madrid, 11 dekabr, AZƏRTAC 

Dörd yüzə yaxın afrikalı qaçqın Mərakeşdən İspaniya anklavı olan Seuta şəhərinə axın edib. Qaçqınların böyük dəstəsi sərhəddə qurulmuş altı metrlik tikanlı hasardan keçməyə cəhd edib və bu, uğurla nəticələnib. Hadisə zamanı çox sayda yaralanan olub, onlardan ikisi ispan mühafizəçidir.

İspaniya ərazisinə qeyri-leqal keçən afrikalıların böyük hissəsi saxlanılaraq Seutadakı düşərgəyə göndərilib. Xəsarət alanlar isə xəstəxanalarda yerləşdirilib.

İspaniyanın Afrikadakı iki anklavı – Seuta və Melilya şəhərlərinin ətrafında hazırda qitənin müxtəlif ölkələrindən və Suriyadan olan on minlərlə qaçqın toplaşıb. Onlar buradan Avropaya keçməyə çalışırlar.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid, İspaniya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.