MƏDƏNİYYƏT


İspaniya mətbuatı Azərbaycanın növbəti Avroviziya iştirakçısı haqqında yazır

A+ A

Madrid, 6 dekabr, AZƏRTAC 

İspaniyanın formulatv.com portalında “Azərbaycanı Avroviziya 2017-də Dihaj təmsil edəcək” sərlövhəli məqalə dərc olunub. Məqalədə bildirilir ki, Avroviziya mahnı müsabiqəsində ən uğurlu ölkələrdən olan Azərbaycan növbəti ilin mayında Kiyevdə keçiriləcək müsabiqədə ölkəni təmsil edəcək ifaçını seçib. Bu, Dinara Hacıyevadır və o, səhnəyə Dihaj təxəllüsü ilə çıxacaq.

Məqalədə Dinara Hacıyeva haqqında və ölkəmizin bundan əvvəlki iştirakı və uğurları barədə ətraflı məlumat verilir.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.