İDMAN
İspaniya yığması Avropa çempionatının dörddəbir finalında VİDEO
Bakı, 12 may, AZƏRTAC
Bakıda keçirilən 17 yaşadək futbolçular arasında Avropa çempionatının üçüncü turu çərçivəsində mayın 12-də “D” qrupunda yer alan İspaniya və İtaliya milliləri qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, Suraxanı qəsəbə stadionunda qarşılıqlı hücumlar şəraitində keçən matçda çempionatın güclü komandalarından hesab edilən İspaniya yığması 4:2 hesabı ilə qalib gəlib.
Çexiyalı baş hakim Petr Ardeleanunun idarə etdiyi görüşdə İspaniyanın heyətində Brahim Dias (44), Fransisko Qarsiya (59), Abel Ruiz (76) və Pol Lozano (81) fərqləniblər.
İtaliyalı mütəxəssis Alessandro Dal Kantonun komandasında isə 65-ci dəqiqədə Marko Olivyeri, və 72-ci dəqiqədə Andrea Pinamonti vurublar.
Qeyd edək ki, oyunda dördüncü hakim funksiyasını həmyerlimiz Asim Xudiyev yerinə yetirib.
Beləliklə, üç turdan sonra İspaniya yeddi xalla “D” qrupunun lideri kimi “UEFA U-17” Avropa çempionatının dörddəbir final mərhələsinə vəsiqə qazanıb.