DÜNYA
İspaniyada 47 dərəcəyədək rekord istilər gözlənilir
Bakı, 13 iyul, AZƏRTAC
İspaniyanın altı vilayətində gözlənilən rekord istilər səbəbindən ən yüksək - “qırmızı” təhlükə səviyyəsi elan edilib.
AZƏRTAC xəbər verir ki, El Pais qəzetinin dövlət meteoroloji agentliyinə istinadla yaydığı məlumata görə, mütləq rekord - 46,9 dərəcə isti Xaen vilayətinin Anduxar bələdiyyəsində ola bilər. Buna qədər isə ən yüksək temperatur (46,6 dərəcə) 1995-ci il iyunun 26-da Kordova aeroportunda qeydə alınıb.
Bu gün isə Kordovada havanın hərarətinin 46,7 dərəcəyə yüksələcəyi gözlənilir. Sinoptiklər ayrı-ayrı yerlərdə temperaturun 44-46 dərəcə arasında dəyişəcəyini proqnozlaşdırırlar. Daha 12 vilayətdə “narıncı”, 9 vilayətdə isə “sarı” təhlükə səviyyəsi elan olunub.
İspaniyada ən uzunmüddətli istilər 2015-ci ilin yayında hökm sürüb. O vaxt isti hava şəraiti 26 gün aramsız davam etmişdi. Həmin il iyulun 7-də eyni vaxtda dörd vilayətdə “qırmızı” təhlükə səviyyəsi elan olunmuşdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [16:14]
Latviyanın xarici işlər naziri istefa verib
- 28.03.2024 [15:42]
Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb
- 28.03.2024 [14:43]
Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək
- 28.03.2024 [14:37]
Nyu-York metrosunda zorakılıq halları artıb
- 28.03.2024 [14:35]
Sorğu: Bayden Trampı 3 faiz fərqlə qabaqlayır
- 28.03.2024 [14:13]