DÜNYA


İspaniyada 5 ton narkotik vasitə aşkarlanıb

A+ A

Bakı, 23 noyabr, AZƏRTAC 

İspaniyada Avropa ölkələrinə, həmçinin Liviya və Misirə Mərakeşdən qeyri-qanuni yolla narkotik maddə gətirən beynəlxalq cinayətkar qrup zərərsizləşdirilib. Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, əməliyyat nəticəsində İspaniya və Mərakeş vətəndaşları olan 25 nəfər saxlanılıb. Ölkənin müxtəlif şəhərlərində aparılan əməliyyat-axtarış tədbirləri zamanı 5 ton həşiş, həmçinin çoxlu sayda avtomobil, qayıq, silah və nağd pul aşkarlanaraq müsadirə edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.