DÜNYA


İspaniyada Sent-Ekzüperinin jurnalist vəsiqəsi tapılıb

A+ A

Bakı, 12 iyul, AZƏRTAC

İspaniyada məşhur fransız yazıçı Antuan de Sent-Ekzüperinin jurnalist vəsiqəsi aşkarlanıb.

AZƏRTAC İspaniyanın “ABC” qəzetinə istinadla xəbər verir ki, sənəd Salamanka şəhərində yerləşən İspaniya vətəndaş müharibəsinin baş arxivində çalışan Polikarpo Sançes tərəfindən tapılıb.

Məlumatda qeyd olunur ki, sənədi alan zaman Sent-Ekzüperinin 36 yaşı olub. O, Pireney yarımadasında gedən vətəndaş müharibəsini işıqlandırmaq üçün Fransanın “Soir de Paris” (“Paris axşamı”) qəzetinin əməkdaşı kimi qeydiyyatdan keçib. Vəsiqədə yazıçı haqqında məlumat və onun şəkli yer alıb.

Qeyd edək ki, Fransanın Lion şəhərindən olan Antuan de Sent-Ekzüperinin "Balaca şahzadə" əsəri dünyanın 180 dilinə tərcümə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.