DÜNYA


İspaniyada "San Fermin" festivalina start verilib

A+ A

Bakı, 6 iyul, AZƏRTAC

İspaniyanın şimalındakı Pamplona şəhərində öküzlərin insanlarla birlikdə küçədə qaçması ilə məşhur olan “San Fermin” festivalına start verilib.

AZƏRTAC Anadolu xəbər agentliyinə istinadla məlumat verir ki, 9 gün davam edəcək festivalın keçirilməsinə 2 milyon avroya yaxın vəsait ayrılıb. Festival son 10 ildə bölgə iqtisadiyyatına 740 milyon avrodan çox xeyir gətirib. “San Fermin”i 12 ölkədən 400-dək jurnalist işıqlandıracaq.

Axşam arenaya çıxacaq öküzlər hər səhər şəhərin içindəki 850 metrlik yolda insanlarla birlikdə qaçacaq. 18 yaşdan aşağı olanların iştirakına icazə verilməyən bu qaçışlarda bu günə qədər 15 adam ölüb, 200-dən çoxu yaralanıb. Ötən il festivala 16 min 629 nəfərin qatıldığı bildirilir.

İyulun 14-də başa çatacaq festivalda asayişi 3 mindən çox polis qoruyacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.