DÜNYA


İspaniyada at güləşi festivalı keçirilib

A+ A

Bakı, 4 iyul, AZƏRTAC

İspaniyanın şimal-qərbində “Galisya” bölgəsində yerləşən “Sabucedo” kəndində insanların atlarla güləşdiyi “Repə das Bestas” beynəlxalq festival uğurla baş tutub.

AZƏRTAC Anadolu xəbər agentliyinə istinadla məlumat verir ki, tarixi 500 il əvvələ gedib çıxan festivalda bu il 15 ölkədən 130-dək jurnalist iştirak edib.

Ümumilikdə 20 min izləyicinin qatıldığı festivalda yüzlərlə kişi və qadın 285 əhliləşdirilməmiş atla güləşib. Üç gün davam edən festival maraqla qarşılanıb.

Qeyd edək ki, İspaniyanın “Milli-mədəni tədbirləri” siyahısındakı “Repə das Bestas” festivalı atların əhliləşdirilməsi məqsədilə keçirilir və ən qədim festivallardan biri kimi tanınır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.