REGİONLAR
İspaniyada keçirilən konfransda “Miras” İctimai Birliyi “Təmiz kənd” layihəsini təqdim edib
AZƏRTAC xəbər verir ki, dünyanın 10 ölkəsindən 200 ekspertin iştirak etdiyi konfransın əsas məqsədi ayrı-ayrı ölkələrdəki mədəni irs abidələrinin yerləşdiyi bölgələrdə aparılan araşdırmalarla tanışlıq olub.
Konfransda İspaniya, Portuqaliya, Fransa, Böyük Britaniya, Meksika, Argentina, Peru, Uruqvay və digər ölkələrdən tədqiqatçılarla yanaşı, Azərbaycandan olan mütəxəssislər də iştirak ediblər.
Ölkəmizi bu beynəlxalq konfransda “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi təmsil edib.
Konfransda “Miras” İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, tədqiqatçılar Arzu Soltan və Gülşən Hüseynovanın hazırladıqları “Təmiz kənd-yerli icmaların iştirakı ilə ekoloji və etnoqrafik identifikliyin qorunması və davamlı inkişafı layihəsi” adlı poster-məruzə təqdim olunub.
"Təmiz kənd" layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə İctimai Birlik tərəfindən bu ilin mart-avqust aylarında Ağsu rayonunun 3 yaşayış məntəqəsində -- Çiyni, Ülgüc və Gəgəli kəndlərində həyata keçirilib.
Konfransda təqdim olunan poster-məruzə və onun mövzusu böyük maraqla qarşılanıb.