DÜNYA
İspaniyada qatar qəzasında zərərçəkənlər arasında əcnəbilər də var
Bakı, 9 sentyabr, AZƏRTAC
Qalisiya hökumətinin səhiyyə üzrə müşaviri Xesus Vaskes Almuinya İspaniyada baş verən dəmiryol qəzasında xəsarət alanların arasında xarici ölkə vətəndaşlarının da olduğunu bildirib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, insident nəticəsində yaralanan insanların əksəriyyəti İspaniya və Portuqaliya vətəndaşlarıdır. Lakin xəsarət alanlar arasında çilililər, argentinalılar və amerikalılar da var.
Son məlumata əsasən, dəmiryol qəzası nəticəsində həyatını itirənlərin sayı 4 nəfərə çatıb, 47 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar təcili olaraq yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Xatırladaq ki, Viqodan Portu şəhərinə gedən “Comboios Portugal” şirkətinə məxsus qatar Qalisiya regionunun Porrinyo bələdiyyəsi ərazisində, stansiyadan 200 metr aralıda qəzaya uğrayıb. Hadisə nəticəsində birinci vaqon aşıb, üç vaqon isə relsdən çıxıb.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]
“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq
- 24.04.2024 [13:55]
İspaniya Baş nazirinin həyat yoldaşına qarşı istintaq başlayıb
- 24.04.2024 [13:05]
İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb
- 24.04.2024 [12:07]