DÜNYA


İspaniyada sərnişin qatarı relsdən çıxaraq qəzaya uğrayıb VİDEO

A+ A

Bakı, 9 sentyabr, AZƏRTAC

İspaniyanın şimalında sərnişin qatarının relsdən çıxaraq qəzaya uğraması nəticəsində azı 2 nəfər həlak olub, xəsarət alanlar var.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, qəza Portuqaliya ilə sərhədin yaxınlığında, Qalisiya regionunun Porrinyo bələdiyyəsinin ərazisində baş verib.

Hadisənin səbəbləri hələlik açıqlanmayıb. Qəza nəticəsində, həmçinin Louredo-Valos və Porrinyo arasında dəmiryol əlaqəsi kəsilib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.