DÜNYA


İspaniyada turistləri qarət edən “polislər” yaxalanıblar

Madrid, 13 dekabr, AZƏRTAC 

İspaniyanın Kataloniya vilayətində saxta polislər yaxalanıblar. Səkkiz nəfərlik dəstə üzvləri polis geyimində avtomobilləri saxlayaraq yoxlama həyata keçirirlərmiş. Onlar əsasən turistlərin avtomobillərini saxlayır və “yoxlama” zamanı aşkar etdikləri bahalı əşyaları və pulları onların əllərindən alırlarmış.

Bu dəstə 40-dan çox analoji cinayət törədib. Hadisələr əsasən turistlərin çox olduqları Valensiyanın və Kataloniyanın sürətli avtomobil yollarında baş verib.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.