DÜNYA


İspaniyadakı öküz yarışları zamanı matador dünyasını dəyişib

A+ A

Bakı, 10 iyul, AZƏRTAC

İspaniyanın şərqindəki Teruel şəhərində keçirilən öküz yarışları zamanı sinəsindən zərbə alan matador dünyasını dəyişib.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, 29 yaşlı matador Viktor Barrio öküzün buynuz zərbələri nəticəsində dünyasını dəyişib.

V.Barrio İspaniyada XXI əsrdə öküzün buynuz zərbəsi nəticəsində ölən ilk matadordur. Ölkədə sonuncu dəfə 1992-ci ildə Ramon Soto Varqas adlı matador öküz yarışları zamanı aldığı zərbədən dünyasını dəyişmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.