SİYASƏT


İspaniyadakı səfirliyimizdə yaradılan seçki məntəqəsində səsvermə yüksək seçici fəallığı ilə keçirilir VİDEO

A+ A

Madrid, 26 sentyabr, AZƏRTAC

Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi məqsədilə sentyabrın 26-da keçirilən referendumla əlaqədar ölkəmizin İspaniya Krallığındakı səfirliyində yaradılmış seçki məntəqəsində səsvermə keçirilir.

Azərbaycan Respublikası Konstitusiyasına, Seçki Məcəlləsinə və digər müvafiq qanunvericilik aktlarına uyğun aparılan ümumxalq səsverməsi yüksək seçici fəallığı ilə fərqlənir.

Səsvermədə İspaniyanın 17 bölgəsində daimi və müvəqqəti yaşayan, həmçinin təhsil alan və qısamüddətli səfərdə olan həmvətənlərimiz fəal iştirak ediblər.

İspaniyada yaşayan ən yaşlı vətəndaşımız - 85 yaşlı Gülbacı Axundova səsvermədə iştirakından məmnunluğunu ifadə edərək bildirib: “Harada və neçə yaşı olmasından asılı olmayaraq ölkəmizin inkişafı naminə görülən bütün tədbirlərdə iştirak etməkdən fəxr hissi duyuram”.

Məntəqədə heç bir qanun pozuntusu qeydə alınmayıb.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.