DÜNYA


İspaniyalı qadın 62 yaşında ana olmağa hazırlaşır

A+ A

Madrid, 18 sentyabr, AZƏRTAC 

İspaniyanın Luqo şəhərində yaşayan həkim, 62 yaşlı Lina Alvares ana olmağa hazırlaşır.

Qadın jurnalistlərə özünü əla hiss etdiyini deyib. Lina Alvaresin artıq iki övladı var. Böyük oğlunun 27, kiçiyinin isə 10 yaşı var.

Doğulacaq körpənin qız olacağı artıq məlumdur. Lina Alvares qızına elə öz adını qoyacağını bildirib.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.