İDMAN


İspaniyalı tennisçi Qabrinye Muquruza Uimbldon turnirinin qalibi olub

Bakı, 15 iyul, AZƏRTAC

Final qarşılaşmasında amerikalı Vinus Uilyamsa qalib gələn 23 yaşlı ispaniyalı tennisçi Qabrinye Muquruza karyerasında ilk dəfə “Böyük Dəbilqə” seriyasından olan Uimbldon turnirini (mükafat fondu 31,5 milyon dollardır) qələbə ilə başa vurub.

AZƏRTAC xəbər verir ki, matçın ilk seti gərgin keçib. Hesab 5:5 olarkən ispan tennisçi daha inamla oynayaraq seti 7:5 başa vurub. İkinci setdə isə o, 37 yaşlı rəqibini, necə deyərlər, darmadağın edib – 6:0.

Xatırladaq ki, Vinus Uilyams “Böyük dəbilqə” seriyasının yeddiqat, o cümədən Uimbldonun beşqat qalibidir.

Uimbldon turnirində kişilərin finalı isə sabah keçiriləcək. “Böyük dəbilqə” seriyasının 18-qat çempionu olan İsveçrə tennisçisi Rocer Federer xorvatiyalı Marin Çiliclə qarşılaşacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.