İDMAN


İspaniyanın “AS” qəzetində Formula-1 yarışının Bakı mərhələsi ilə bağlı yazı dərc olunub

A+ A

Madrid, 5 oktyabr, AZƏRTAC 

İspaniyanın məşhur idman nəşrlərindən olan “AS” qəzetində “Əlvida Bakıdakı Avropa Qran-prisi... Salam Azərbaycan Qran-prisi” sərlövhəli məqalə dərc edilib.

Məqalədə deyilir ki, Bakıda ilk dəfə bu ilin iyununda keçirilən Formula-1 yarışının təşkilatçıları bu idman tədbirini ölkədə daha da populyar etmək üçün onun adının dəyişdirilməsini lazım biliblər.

Yazının müəllifi ehtimal edir ki, Bakıdakı təşkilatçılar belə əmin danışırlarsa, deməli, bu dəyişiklik “Formula One Management”in rəhbəri Berni Eklstoun ilə artıq razılaşdırılıb.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.