İQTİSADİYYAT


İspaniyanın “Escarate” şirkətinin təmsilçiləri Azərbaycanda daimi ofis açmaqda maraqlıdırlar

A+ A

Bakı, 18 oktyabr, AZƏRTAC

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu ilə (AZPROMO) İspaniyanın “Escarate” şirkəti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

AZPROMO-dan AZƏRTAC-a bildiriblər ki, tərəflər arasında keçirilən görüşdə qarşılıqlı əməkdaşlığa dair məsələlər müzakirə edilib.

Görüşdə, həmçinin “Escarate” şirkətinin nümayəndələrinə Azərbaycanın biznes və investisiya imkanları, sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi mexanizmləri və xarici investorlar üçün yaradılmış əlverişli şərait barədə ətraflı məlumat verilib.

İspaniyada və dünyanın bir sıra ölkələrində audit, vergi və hüquq sahəsində konsaltinq xidmətlər göstərən “Escarate” şirkətinin təmsilçiləri Azərbaycanda daimi ofis açmaqda maraqlı olduqlarını ifadə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.