CƏMİYYƏT


İspaniyanın “La Razon” qəzetində “Dinlər, multikulturalizm və sülh” başlıqlı yazı dərc olunub

A+ A

Bakı, 14 noyabr, AZƏRTAC

İspaniyanın nüfuzlu “La Razon” qəzetində Azərbaycanın bu ölkədəki səfirliyinin və Mursiya Katolik Universitetinin dəstəyi ilə “Dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi” mövzusunda keçirilmiş konfransla bağlı “Dinlər, multikulturalizm və sülh” başlıqlı yazı dərc olunub.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yazıda Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan edilmiş “Multikulturalizm ili” çərçivəsində keçirilən konfransın əsas məqsədinin dinlərarası dialoqun gücləndirilməsi olduğu qeyd edilib.

Diqqətə çatdırılıb ki, tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Azərbaycan Katolik Kilsəsinin rəhbəri Vladimir Fekete, Valensiya arxiyepiskopu kardinal Antonio Kanizares, İspaniya ədliyyə nazirinin müavini Karmen Sançez Kortes və İspaniyanın Ədliyyə Nazirliyinin beynəlxalq hüquqi əməkdaşlıq və dini qurumlarla iş departamentinin baş direktoru Xavyer Herrera çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.