SİYASƏT
İspaniyanın “Telemadrid” kanalında Azərbaycanla bağlı veriliş yayımlanıb VİDEO
Madrid, 12 noyabr, AZƏRTAC
Noyabrın 11-də İspaniyanın “Telemadrid” kanalında Azərbaycanla bağlı veriliş yayımlanıb.
“Madrilenos por el mundo” (Madridlilər dünyada) verilişinin ölkəmizə həsr olunan buraxılışında bildirilir ki, Avropanın Asiyaya qapısı sayılan Azərbaycan bu gün dünyanın zəngin ölkələrindəndir. Azərbaycan iqtisadi cəhətdən sürətlə inkişaf edir, ölkədə iri infrastruktur layihələri həyata keçirilir.
Verilişdə Azərbaycanın 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi etdiyi, gələn il ölkəmizdə birinci Avropa Oyunlarının keçiriləcəyi diqqətə çatdırılıb. Tamaşaçılar, həmçinin Yanardağ, palçıq vulkanları, İçərişəhər, Qobustan qayaları, Xəzər adaları və s. barədə məlumatlandırılıblar.
Aygün Əliyeva
AZƏRTACın xüsusi müxbiri
Madrid