İQTİSADİYYAT


İspaniyanın biznes portalı Şimal-Cənub nəqliyyat dəhlizinin perspektivindən bəhs edib

A+ A

Madrid, 4 sentyabr, AZƏRTAC 

İspaniyanın böyük biznes portallarından olan infocif.es Şimal-Cənub nəqliyyat dəhlizinin perspektivləri haqqında analitik yazı dərc edib. "Rusiya, Azərbaycan və İran Süveyş kanalı marşrutuna rəqib olmağa hazırlaşırlar" başlıqlı yazıda Rusiya və İran prezidentlərinin Bakıya son səfərləri zamanı keçirilən görüşlərdə yeni nəqliyyat dəhlizi ilə bağlı ciddi razılıq əldə edildiyi qeyd olunur.

Məqalədə deyilir ki, hazırda Hindistanın Mumbai limanından çıxan yüklər Rusiyanın Sankt-Peterburq limanına 40 günə çatır. Gəmilər Süveyş kanalından keçməklə bütün Avropanı dolanır. Bu, zaman itkisi ilə yanaşı, həm də bahalı marşrutdur. Azərbaycan, Rusiya və İranın təşəbbüsü ilə açılacaq yeni nəqliyyat marşrutu isə eyni yolu 15 günə və daha ucuz qət etməyə imkan verəcək. Bu zaman İranın Bəndər-Abbas, Azərbaycanın Bakı, Rusiyanın Həştərxan limanlarından və dəmir yollarından istifadə ediləcək.

İspaniyalı ekspertlər hesab edirlər ki, Şimal-Cənub nəqliyyat dəhlizi Süveyş kanalına alternativ olacaq.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.