DÜNYA


İspanlar Pasxa tətillərində ölkə daxilində səyahətə üstünlük verirlər

A+ A

Madrid, 24 mart, AZƏRTAC 

Martın 24-dən başlayaraq İspaniyada "Santa semana" adlanan bayram həftəsi başlayır. Katolik kilsəsinin müqəddəsləri ilə bağlı bu bayram günlərindən sonra Pasxa bayramı gəlir. Bu dövr İspaniyada iş günləri deyil. Trivago.es portalının hesabatına görə, tətil günlərində ispanlar əsasən ölkə daxilində səyahət edəcəklər.

Rəqəmlər göstərir ki, bayram günlərində İspaniyaya 55 ölkədən turist axını olacaq. Bu ölkəni əsasən ingilislər, almanlar, fransızlar və danimarkalılar seçirlər. Ən populyar şəhərlər isə Madrid, Barselona və Sevilyadır.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.