DÜNYA


İspanların sayı azalmaqda davam edir

Madrid, 24 iyun, AZƏRTAC 

İspaniyada demoqrafik böhran getdikcə dərinləşir.

2016-cı ilin statistik hesablamalarına görə, artıq ikinci ildir ki, İspaniyada ölənlərin sayı doğulanların sayından artıqdır.

Belə ki, 2016-cı ildə 408384 körpə dünyaya gəlib. Bu rəqəm əvvəlki illə müqayisədə 11906 nəfər azdır. Ölənlərin sayı isə 409099 nəfər təşkil edib.

Qeyd edək ki, İspan xalqı uzunömürlülər siyahısında olmasına baxmayaraq, ölkədəki gərgin iqtisadi vəziyyət və işsizlik əhalinin nəsil artırmasına mane olur. Doğulanların böyük bir hissəsi isə ölkə ərazisində vətəndaşlıq almış başqa xalqların payına düşür.

Aygün Əliyeva 

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.