DÜNYA


İsrail Baş nazirinin polis tərəfindən dindirilməsi başa çatıb

Bakı, 3 yanvar, AZƏRTAC

İsrail polisi ölkənin Baş naziri Benyamin Netanyahunun korrupsiya şübhəsi ilə bağlı dindirilməsini başa çatdırıb.

AZƏRTAC xəbər verir ki, i24 telekanalının məlumatına görə, üç müstəntiq sorğu-sual aparmaq üçün Netanyahunun Yerusəlimin mərkəzində yerləşən iqamətgahına gəlib. Baş nazir bütün mümkün ittihamları təkzib edib.

Dindirilmə prosesinin üç saata yaxın çəkdiyi bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.