SİYASƏT


İsrail XİN sözçüsü: Azərbaycanda yəhudi icmasına münasibət bu ölkənin nə dərəcədə tolerant olduğunu göstərir VİDEO

A+ A

Qüds, 20 sentyabr, Anar Rzayev, AZƏRTAC 

Azərbaycan ilə İsrail arasında siyasi, iqtisadi əlaqələrdən başqa, dostluq münasibətləri mövcuddur. Azərbaycanda yaşayan minlərlə yəhudi iki ölkə arasında münasibətlərin möhkəmlənməsində mühüm rol oynayır. Azərbaycandakı yəhudi icmasına olan münasibət bu ölkənin nə dərəcədə tolerant ölkə olduğunu göstərir.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Emanuel Naxşon deyib.

İki ölkə arasında sıx dialoqun mövcud olduğunu bildirən XİN sözçüsü enerji sahəsində əməkdaşlığın əhəmiyyətinə toxunub: “Siyasi münasibətlərimiz yüksək səviyyədədir. Aramızda sıx dialoq mövcuddur. Digər əməkdaşlığımıza regional təhlükəsizlik daxildir. Biz potensial təhlükəli və qeyri-stabil regionda yaşayırıq. Burada yaşayan bir çox israillilər əslən Azərbaycandandırlar. Bu əlaqələrimizi daha geniş məcrada inkişaf etdirmək üçün əlverişli imkan mövcuddur. Bütün bu cəhətlər bizim əlaqələrimizin dərin köklərinin olmasından xəbər verir. Azərbaycanda minlərlə yəhudinin sülh şəraitində yaşaması əlaqələrimizin əsaslarından biridir. Yəhudi icması Azərbaycanda özlərini hər zaman öz evlərində hiss edib. Azərbaycan digər xalqların nümayəndələrinə hər zaman tolerantlıqla yanaşıb. Hər iki ölkə əlaqələrin daha da inkişaf etdirilməsinin marağındadırlar”.

XİN sözçüsü İsrail-Türkiyə əlaqələrinə də toxunub. O, Türkiyənin bütün region üçün vacibliyindən danışaraq Türkiyə ilə İsrail arasında yaxşı münasibətlərin stabilliyə xidmət edəcəyini vurğulayıb. O qeyd edib ki, Türkiyə Yaxın Şərq və İsrail, hətta Orta Asiya üçün aparıcı ölkədir. Tezliklə qarşılıqlı olaraq səfirlər təyin ediləcək. Türkiyə vasitəsilə biz diplomatik münasibətlərimiz olmayan ölkələrlə də dialoqa girə bilərik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.