REGİONLAR


İsrail səfiri: Gözəl təbiət qoynunda canlı musiqi dinləmək çox xoşdur VİDEO

Qəbələ, 3 avqust, Şahnəzər Bəşirov, AZƏRTAC

Əvvəllər Qəbələdə bir neçə dəfə olsam da, Beynəlxalq Musiqi Festivalını ilk dəfədir izləyirəm. Qəbələdə, gözəl təbiət qoynunda tanınmış orkestrlərin və solistlərin ifasında canlı musiqi dinləmək çox xoşdur.

Bu sözləri AZƏRTAC-a müsahibəsində İsrailin ölkəmizdəki səfiri Dan Stav deyib.

Səfir Azərbaycan və İsrail musiqiçilərinin birgə möhtəşəm çıxışının onu valeh etdiyini bildirib. “Həmçinin konsertdə İtaliyanın “La Scala” Akademiyasının uşaq xorunun üzvü olan 9 yaşlı Canluicci Sartori (tenor) Azərbaycanın xalq mahnısı “Sarı gəlin”i çox gözəl ifa etdi və bu, mənim çox xoşuma gəldi”, - deyə o qeyd edib.

Dan Stav IX Qəbələ Beynəlxalq Musiqi Festivalında İsraili təmsil edən musiqiçilərdən Dmitri Yablonski, Mixail Slatkin, Janna Qandelman və Oksana Yablonskayanın ifasını dinlədiyini vurğulayıb.

Diplomat festivalın yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək deyib: “Konsertdə dünya şöhrətli musiqiçilərin ifasından zövq aldım. Qəbələ festivalının təşkilatçılarına təşəkkür edirəm”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.