Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

İsrail telekanalında Baş nazir Benyamin Netanyahunun Azərbaycana səfəri ilə bağlı reportaj yayımlanıb VİDEO

Bakı, 15 dekabr, AZƏRTAC

İsrailin Baş nazirinin bu səfəri tarixi hadisədir. Düzdür, Benyamin Netanyahu 1997-ci ilin avqust ayında Bakıda olub, lakin budəfəki səfər tarixi səfərdir, çünki bu, İsrail ilə Azərbaycan arasında diplomatik münasibətlər yaradılmasının 25 illik tarixi ərzində İsrailin hökumət başçısının Azərbaycana ilk işgüzar səfəridir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, Beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut bu fikirləri İsrailin 9-cu telekanalının “Günün qəhrəmanı” proqramında göstərilən “Dost Bakıda” adlı süjeti şərh edərək söyləyib.

Qutun fikrincə, Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İsrailin Baş nazirini və onun xanımını çox səmimi qarşılayıblar. Arye Qut deyib: “Səfərin lap əvvəlindən hər iki lider bir-birinə səmimi münasibət nümayiş etdirdi. Benyamin Netanyahu danışıqların əvvəlində Azərbaycanın və şəxsən İlham Əliyevin multikulturalizm və tolerantlıq sahəsində siyasətini yüksək qiymətləndirərək, Azərbaycan rəhbərliyinin və Azərbaycan xalqının yəhudi icmasına səmimi münasibətinə heyran olduğunu bildirdi. Prezident İlham Əliyev bu yüksək qiymətin cavabında bildirib ki, Azərbaycandakı yəhudi icması ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir. Bakıdakı bu görüş bir daha təsdiq etdi ki, iki ölkə arasında siyasi dialoq ən yüksək səviyyədədir, bu münasibətlərin iqtisadi tərkib hissəsi və ticarət dövriyyəsi daim genişlənir. Azərbaycan-İsrail əməkdaşlığı və tərəfdaşlığı çiçəklənir, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 3,5 milyard dollara yaxındır. Əvvəllər bu ticarət dövriyyəsi əsasən neft və qaz sənayesində cəmləşirdisə, indi qarşılıqlı münasibətlərin inkişafı şaxələndirilərək iqtisadiyyatın digər sektorlarını da əhatə edir. Hərbi-texniki tərəfdaşlıq fəal inkişaf edir”.

Ekspertin sözlərinə görə, İsrailin Baş nazirinin səfər müddəti qısa – cəmi 8 saat olmasına baxmayaraq, bu səfəri uğurlu, Azərbaycan-İsrail qarşılıqlı münasibətlərinin möhkəmlənməsi üçün səmərəli hesab etmək olar. Səfər çərçivəsində “Azərbaycan Respublikasının Hökuməti ilə İsrail Dövlətinin Hökuməti arasında standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi və metrologiya sahələrində əməkdaşlıq haqqında” Saziş, “Azərbaycan Respublikasının Hökuməti ilə İsrail Dövlətinin Hökuməti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında” Saziş, “Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiya, “Azərbaycan Respublikasının Hökuməti ilə İsrail Dövlətinin Hökuməti arasında Birgə Komissiyanın yaradılması haqqında” Anlaşma Memorandumu imzalanıb.

Arye Qut vurğulayıb ki, Azərbaycan mediası Netanyahunun Bakıya səfərinə xüsusi diqqət yetirir. Praktiki olaraq bütün KİV-lər iki ölkənin qarşılıqlı münasibətlərinin möhkəmlənməsi üçün bu səfərin tarixi əhəmiyyət daşıdığını qeyd edirlər.

İsrailli ekspert vurğulayıb: “Qeyd etmək lazımdır ki, Prezident Əliyev Benyamin Netanyahunu prezidentin “Şəfəq” iqamətgahında qarşılayıb. 19 il bundan əvvəl İsrailin Baş naziri gecə vaxtı Bakıya tarixi əhəmiyyətli qısa səfəri zamanı Azərbaycanın ümummilli lideri Heydər Əliyevlə həmin iqamətgahda görüşmüşdü. Bu, yeni Azərbaycan diplomatiyası tarixində çox nadir hallardan biri idi: Azərbaycanın ümummilli lideri Heydər Əliyev xarici ölkənin liderini gecədən xeyli keçmiş qəbul etmişdi. Sonralar Netanyahu Heydər Əliyevlə danışıqlar zamanı ömründə ilk dəfə səhərin açılmasını gördüyünü xatırlayırdı. Ümummilli Lider ona dünya miqyaslı müdrik və güclü dövlət xadimi kimi unudulmaz təsir bağışlamışdı. Məhz Netanyahunun Bakıya bu tarixi gecə səfərindən sonra İsrail-Azərbaycan münasibətləri yüksələn xətt üzrə inkişaf etməyə başladı”.

Qutun fikrincə, İsrail Azərbaycanı Cənubi Qafqazda özünün strateji tərəfdaşı hesab edir. Bu ölkə Cənubi Qafqaz regionunda geosiyasi və geoiqtisadi proseslərin lideridir. Arye Qut səfəri şərh edərək deyib: “Gəlin unutmayaq ki, İsrail öz qaz ehtiyatlarının tədarükündə maraqlıdır və çox ehtimal ki, İsrail TANAP layihəsindən istifadə edəcək. Vaxtilə Azərbaycanın ümummilli lideri Heydər Əliyev və İsrailin Baş naziri Netanyahu iki ölkə arasında gələcək tərəfdaşlığın əsasını qoyublar. Bu gün isə İlham Əliyev və Benyamin Netanyahu İsrail-Azərbaycan qarşılıqlı münasibətlərinin möhkəmlənməsində yeni səhifə açıblar. Azərbaycan tolerantlığın və qarşılıqlı hörmətin möhtəşəm və parlaq nümunəsidir. Azərbaycanda yəhudilərə illər boyu göstərilən gözəl münasibət və qarşılıqlı hörmət yəhudilərin Azərbaycan rəğbətini və heyranlığını daha da gücləndirir”.

Ekspert vurğulayıb ki, İsrail dövləti Azərbaycanın ədalətli mövqeyini müdafiə edir – bu ölkənin ərazi bütövlüyünü fəal dəstəkləyir və Ermənistan-Azərbaycan münaqişəsini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll etməyə çağırır. Qut vurğulayıb: “Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı 24 ildən çoxdur ki, davam edir. Bu təcavüz nəticəsində ölkədə bir milyon qaçqın var. İndiki mürəkkəb geosiyasi şəraitdə Azərbaycanın haqlı mövqeyinin Yaxın Şərqdə İsrail dövləti kimi mühüm strateji tərəfdaş və güclü geosiyasi aktor tərəfindən dəstəklənməsi Azərbaycan Respublikası üçün çox zəruridir”.

Digər tərəfdən, ekspertin fikrincə, İsrail Azərbaycanın yəhudi icmasının dəstəklənməsinə xüsusi əhəmiyyət verir. Arye Qut deyib: “İsrailin Baş naziri və onun xanımı “Or-Avner” yəhudi məktəbində olublar. Qatı antisemitizmin tüğyan etdiyi bir sıra Avropa dövlətlərindən və postsovet ölkələrindən fərqli olaraq, Azərbaycanda heç vaxt antisemitizm olmayıb, bu ölkədə yəhudilər özlərini həmişə evlərində olduğu kimi hiss ediblər. Qürurla qeyd etmək istəyirəm ki, Azərbaycan rəhbərliyi dünyada analoqu olmayan bu ölkənin yəhudi icmasının ənənələrinə və həyatına qayğıkeş və səmimi münasibət göstərir. Prezidentin himayəsi ilə Azərbaycanda iki sinaqoq və Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi inşa edilib. Azərbaycanda ilk yəhudi muzeyi yaradılması planlaşdırılır. Bu, Cənubi Qafqazda ilk yəhudi muzeyi olacaq. Sual edə bilərsiniz: Əhalisinin əksəriyyəti müsəlmanlar olan Azərbaycan kimi bir ölkə İsrail ilə dialoqun, tərəfdaşlığın və əməkdaşlığın bu cür yüksək səviyyəsinə necə nail olub? Bu suala cavab almaq üçün Azərbaycanda yəhudilərin yaşadığı məşhur Qırmızı Qəsəbəyə baxmaq kifayətdir. Hesab edirəm ki, nəinki əslən Azərbaycandan olan mən, həmçinin İsraildə 70 min nəfərlik bütün Azərbaycan icması İsrail dövlətinin Baş nazirinin Bakıda Azərbaycan Prezidenti tərəfindən necə səmimi qarşılanmasını əks etdirən videoya baxanda sıx və səmimi strateji tərəfdaşlıq faktına görə yalnız qürur hissi keçirə bilər. 

İsrail telekanalında Baş nazir Benyamin Netanyahunun Azərbaycana səfəri ilə bağlı reportaj yayımlanıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şərqşünas alimin məqaləsi Almaniyada beynəlxalq indeksli jurnalda dərc olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNƏCƏK

Adəm İsmayıl Bakuvinin “Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı olub

Aprelin 25-i Ümumdünya Malyariya ilə Mübarizə Günüdür

Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb

Bakıdakı üç məktəbdə nöqsanlar aşkarlanıb

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilir

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNƏCƏK

“LG Electronics”-in əməliyyat mənfəəti üç ayda 10,8 faiz azalıb

Azərbaycan və Qırğız Respublikası arasında rəqəmsal transfromasiya istiqamətində əməkdaşlıq müzakirə edilib

Beynəlxalq konfransın iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Həqiqi hərbi xidmətə aprel çağırışı yekunlaşır

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair növbəti ölkə hesabatları ilə bağlı bəyanat yayıb

Çində növbəti “Azərbaycan Ticarət Evi”nin açılışı olub

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNƏCƏK

Musa Qurbanlı: Yayda hansı variantın daha yaxşı olduğuna baxacağam

Solçu partiyanın Stokholmdakı görüşü hücuma məruz qalıb

Mayın 1-dən balıq ovuna moratorium qüvvəyə minir

Bakıda dünya qastroenteroloqlarının 20-ci beynəlxalq konqresi işə başlayıb

Kinomuzun Babəki məktəblilərlə görüşəcək

Nazir müavini: Macar şirkətlərin Azərbaycan iqtisadiyyatına sərmayələri 1 milyard dolları ötüb

Azərbaycan ilə Qırğızıstan arasında Anlaşma Memorandumu imzalanıb

Türkmən şairi Maqtımqulu Fraqinin 300 illiyi UNESCO-da sərgi və musiqi konserti ilə qeyd olunub

“Hizbullah” İsrailə qarşı keçirdiyi əməliyyatların sayını açıqlayıb

Assosiasiya sədri: Azərbaycanda arbitraj sisteminin yaradılması beynəlxalq nizama da töhfə verəcək

Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir

ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans işə başlayıb

Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcəyi tarix açıqlanıb

Bakıda "Yaşıl dünyamız gözlərə nur verən elmin işığında” mövzusunda elmi konfrans keçirilir

Argentina hökuməti dövlət universitetlərini maliyyələşdirilməyəcək

Səidə Şəfiyeva: Mətbuat xidmətlərinin rəhbərləri üçün keçirilən tədbirlərə xarici ekspertlər cəlb olunub

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar YENİLƏNƏCƏK

“Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı daha iki rayonda ictimai dinləmələr keçiriləcək

Nazir: Azərbaycanla enerji sahəsində əməkdaşlıq Macarıstanın enerji təhlükəsizliyini artırır

Nazir: Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsi 40 faiz artıb

Əmək və əhalinin sosial müdafiəsi naziri Macarıstanın xarici işlər və beynəlxalq ticarət naziri ilə görüşüb

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gəlib

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Şimali Makedoniyada prezident seçkilərində müxalif namizəd liderlik edir

Bu gün Xalq artisti Məmməd Bürcəliyevin anadan olmasından 110 il ötür

Məhkəmə-Hüquq Şurasının sədri: Yerli məhkəmələr arbitraj institutunun uğurlu olması üçün lazımi dəstəyi verəcək

Naxçıvan Dövlət Universiteti ilə Finlandiyanın Helsinki Universiteti arasında əməkdaşlıq əlaqələri qurulur

"Neftçi"nin legioneri: “Qarabağ”a məğlubiyyətə görə azarkeşlərimizdən üzr istəyirik

Rektor: COP29-un bu il Azərbaycanda keçirilməsi aparılmış məqsədyönlü dövlət siyasətinin bariz nümunəsidir

İnam Kərimov: Azərbaycanda məhkəmə-hüquq islahatları hər zaman dövlətin diqqət mərkəzində olub

“Qarabağ” və “Zirə” Azərbaycan Kubokunda ikinci dəfə finalda qarşılaşacaq

Vətəndaşlara Laçına fərdi avtomobilləri ilə səfər etmələrinə icazə veriləcək

Magistraturaya qəbul imtahanının II cəhdində 19 min 716 nəfər iştirak edəcək

Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”nin göstəricisini təkrarlayıb

Azərbaycanın 7 cüdoçusu Avropa çempionatında mübarizəyə başlayır

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir VİDEO

Vəkillər Kollegiyasının sədri: Bu gün ölkəmizdə vəkillərin sayı 2454 nəfərə çatıb

Aprelin 24-də 5 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Dünya birjalarında neft bahalaşıb

DİN: Ötən gün qanunsuz saxlanılan odlu silah və sursatlar aşkarlanaraq götürülüb

Mətbuat xidmətlərinin rəhbərləri üçün “Böhran kommunikasiyası” mövzusunda təlim təşkil olunub

Azərbaycan Kubokunun yarımfinalında məhsuldarlıq rekordu yenilənib

DİM sertifikasiya imtahanı materiallarının hazırlanması üçün mütəxəssisləri əməkdaşlığa dəvət edir

Paytaxtda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar VİDEO

DİN: Ötən gün ölkə ərazisində 63 cinayətin üstü açılıb

“Toyota” ötən maliyyə ilində avtomobil istehsalında rekord vurub

Azərbaycan nefti bahalaşıb

Azərbaycan-Rusiya münasibətləri yeni hədəflərimizə çatmağa töhfə verəcək – ŞƏRH

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Blinken: ABŞ və Çin ikitərəfli münasibətlərə məsuliyyətlə yanaşmalıdır

Dövlət Departamenti: ABŞ hərbçilərinin Nigerdən çıxarılması ilə bağlı müzakirələr başlayır

Vaşinqtonda “erməni soyqırımı” yalanlarına qarşı dinc aksiya keçirilib VIDEO

“Gəncə və gəncəlilər” layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

Türkiyə kosmik düşərgəsində Vətən müharibəsinin şəhid uşaqları üçün kvota ayıracaq

Ağ ev: Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır

Londonda süvari birliyindən qaçan atlar dörd nəfəri yaralayıb

Yaşıl zonalardakı həyat həyəcan və depressiya riskini azaldır

Avropa Komissiyası Ukraynaya 1,5 milyard avroluq daha bir tranş ayırıb

Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib

Türk dövlətlərinin peykləri bütün TDT ölkələrinin xeyrinə istifadə edilə bilər

“İrs” jurnalının xorvat dilində ilk buraxılışının təqdimatı olub

Türkiyə Kuboku: “Trabzonspor” cavab matçına sərfəli nəticə ilə yollanacaq

İtaliya Kubokunda ikinci finalçının adı məlum olub

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Husilər tərəfindən iki ticarət gəmisi və bir Amerika esminesi hücuma məruz qalıb

“Məhşər Divanı: Yalanın 17 anı” kitabında yalançı erməni tarixindən bəhs edilir

Tərtərdə “Şahin” hərbi-idman oyununun zona birinciliyinin qalibi müəyyənləşib

Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub

Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb

COP29 Sədrliyi ölkə pavilyonlarının təşkili üzrə müraciətlərin qəbuluna başlayıb

XİN: Azərbaycan BMT-nin insan hüquqları sahəsində müvafiq müqavilə qurumları ilə əməkdaşlığa böyük önəm verir

Qurban Qurbanov: Finala vəsiqə qazanmaq xoş hissdir

DOST Agentliyində Keniya nümayəndə heyəti ilə görüş olub

“Neftçi”nin baş məşqçisi: Birinci oyundakı nəticə hər iki komandaya təsir etmişdi

Milli İncəsənət Muzeyində “Gizli və aşkar” adlı fərdi sərgi açılıb

Daha bir boksçumuz Avropa çempionatında yarımfinala vəsiqə qazanıb

Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni cavab oyununda da məğlub edərək finala yüksəlib

Bakıda Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi olub VİDEO

Qırğız Mədəniyyəti Günləri çərçivəsində Heydər Əliyev Mərkəzində sərgi açılıb

Özbəkistan media nümayəndələri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionatında qızıl medal qazanıb

ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır

Azərbaycan-Rusiya münasibətlərində yeni formatın konturları ŞƏRH

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB -2 VİDEO