CƏMİYYƏT


İsrailə köməyə gedən FHN-nin təyyarəsi 8 məntəqədə yanğını söndürüb VİDEO

A+ A

Bakı, 27 noyabr, AZƏRTAC 

Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, İsraildə tüğyan edən yanğınların söndürülməsinə kömək göstərmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) “BE-200ÇS” amfibiya tipli təyyarəsi noyabrın 25-də bu ölkəyə göndərilmişdi.

FHN mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan təyyarəsi noyabrın 26-da yanğın yerlərinə kəşfiyyat xarakterli uçuşlar həyata keçirib və 80 ton su atmaqla 8 məntəqədə yanğını söndürməyə müvəffəq olub.

Təyyarəmiz yanğınların söndürülməsi istiqamətində fəaliyyətini davam etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.